Sign in

Samed Rahimli

@samedrahimli.bsky.social
64 followers 39 following 54 posts

Human rights lawyer. Classical liberal. Temporarily exhausted soul. I pursued Consul Romanum, fate gave Elba’s exsul.

PostsRepliesMedia
Samed Rahimli @samedrahimli.bsky.social · 13/02/2026
Məzmun: - Söyüş müxalifətçiliyi nədir? - Vətəndaşlıq şərəfi nədir? - Niyə söyüş müxalifətçiliyi vətəndaşlıq şərəfi ilə ziddiyyət təşkil edir? - Söyüş müxalifətçiliyi avtoritarizmə ziyan yoxsa sərf edir? - Elitanın şəxsi həyatının debatı necə təşkil edilməlidir? - Çıxış yolu nədir?
000
Samed Rahimli @samedrahimli.bsky.social · 13/02/2026
İsmayıl Cəlilovla ‘Düz danışaq’ proqramında Söyüş müxalifətçiliyi mövzusunu müzakirə edəcəyik. Tarix: 15 fevral 2026, saat 21:00 (Bakı saatı) Başlıq: Söyüş müxalifətçiliyi: vətəndaşlıq şərəfinin tapdalanması kimi
100
Samed Rahimli @samedrahimli.bsky.social · 11/02/2026
Asked question: make it regional — pressure Russian-style authoritarian countries like Azerbaijan too. Lagodinsky nailed it: Ukraine can become a true continental power of democratic values.
000
Samed Rahimli @samedrahimli.bsky.social · 11/02/2026
Attended powerful Strasbourg debate on Ukraine after 4 years of war organized by the Association Parlementaire Européenne. MEPs Gahler, Lagodinsky & Annunziata on US pullback & Europe’s responsibility. Key: Ukraine’s fight is the defense of democratic revolution — not just a war for sovereignty.
100
Samed Rahimli @samedrahimli.bsky.social · 10/02/2026
Biz uduzmamışıq. Məğlub deyilik. Uduruq və udmağa davam edəcəyik. Heç nə bitməyib. Davam edirik!
000
Samed Rahimli @samedrahimli.bsky.social · 09/02/2026
Maraqlı günlər idi. Ümidin olduğu günlər... İlkin tanışlıqların yarandığı günlər... 🙂 Bakıda İsmayıllıya dəstək aksiyası (26 yanvar 2013): www.youtube.com/watch?v=MsuO...
000
Samed Rahimli @samedrahimli.bsky.social · 08/02/2026
It's only after we've lost everything that we're free to do anything.
000
Samed Rahimli @samedrahimli.bsky.social · 08/02/2026
Azərbaycanda “sektoral problem”, qarakurtkalılar “tusovka”ya qarşı. Vətəndaş cəmiyyəti böhranı Başladı: www.youtube.com/live/6rQn-QL...
100
Samed Rahimli @samedrahimli.bsky.social · 07/02/2026
Azərbaycan vətəndaş cəmiyyətinin depolitizasiyası necə həyata keçirildi? Qarakurtkalılar vs. Tusovka bölgüsü necə formalaşdırıldı? Siyasətlə vətəndaş cəmiyyəti arasında Böyük Çin Səddi niyə və necə çəkildi? Siyasi amorf vətəndaş cəmiyyəti necə qeyri-effektiv hala gəldi?
000
Samed Rahimli @samedrahimli.bsky.social · 06/02/2026
Troy Davis III ResPlatformanın Siyasi Məsləhətçisi Kimi Fəaliyyətə Başladı - Press reliz resplatform.org/xeberler/tro...
resplatform.org
Troy Davis III ResPlatformanın Siyasi Məsləhətçisi Kimi Fəaliyyətə Başladı - Press reliz
Tətbiqi filosof Troy Davis, III Respublika Platforması’nın (ResPlatforma) siyasi məsləhətçisi kimi fəaliyyətə başlayıb.Siyasi məsləhətçiliklə bağlı...
000
Samed Rahimli @samedrahimli.bsky.social · 06/02/2026
Daha yaxşı bir Azərbaycanın mümkünlüyünə inanaraq yolumuza davam edirik. Hər şey yaxşılığa doğru!
000
Samed Rahimli @samedrahimli.bsky.social · 06/02/2026
Troy Davis və demokratik mühəndislik haqqında (qısa məlumat): democracyengineering.com/about-us Garry Davis haqqında: en.wikipedia.org/wiki/Garry_D...
democracyengineering.com
100
Samed Rahimli @samedrahimli.bsky.social · 06/02/2026
Troy Davis: - Harvardiandır; - ABŞ vətəndaşlığından imtina etmiş, sülh fəallığı ilə tanınan və XX əsrdə dünya vətəndaşlığı ideyasının öncüllərindən biri olmuş əfsanəvi Gerry Davis’in oğludur; - Demokratik mühəndislik nəzəriyyəsinin banisi və Demokratiya Məktəbi Assosiasiyasının Prezidentidir.
100
Samed Rahimli @samedrahimli.bsky.social · 06/02/2026
Tətbiqi filosof Troy Davis III Respublika Platforması'nın (ResPlatforma) siyasi məsləhətçisi kimi fəaliyyətə başlayıb. Siyasi məsləhətçiliklə bağlı razılaşma ResPlatforma'nın Xarici Əlaqələr üzrə məsul şəxsi olan mənimlə Troy Davis arasında aparılan müzakirələr nəticəsində əldə olunub.
200
Samed Rahimli @samedrahimli.bsky.social · 05/02/2026
Məlumatfüruş’un 05 fevral 2026 buraxılışı hazırdır. Bu veblinkdən qoşula bilərsiniz: t.me/malumatfurush
000
Samed Rahimli @samedrahimli.bsky.social · 13/01/2026
Verilişin veblinki: www.youtube.com/watch?v=x0SF...
youtube.com
ABŞ İranı bu gecə vura bilər! "Suveren diktaturalar"ın qeyri- legitim sayılması prosesi başladı?
YouTube video by Azerbaycan Saati
000
Samed Rahimli @samedrahimli.bsky.social · 13/01/2026
ABŞ-ın İran rejimini bombardman etməsi beynəlxalq hüquqa uyğundurmu? Və digər əlaqəli məsələlər... Qənimət Zahid'lə Azərbaycan Saatı'nda müzakirə edirik: 'ABŞ İranı bu gecə vura bilər! "Suveren diktaturalar"ın qeyri- legitim sayılması prosesi başladı?' (link növbəti postda)
110
Samed Rahimli @samedrahimli.bsky.social · 12/01/2026
The barbaric Khamenei regime is systematically committing crimes against humanity against brave Iranians exercising their UDHR-recognised right to rebel against tyranny as a last resort. Threshold crossed for humanitarian intervention under R2P. HUMANITARIAN INTERVENTION NOW!
000
Samed Rahimli @samedrahimli.bsky.social · 04/01/2026
'Venesuela diktatoru devrildi və həbs edildi! Azərbaycan böyük siyasi dəyişiklik üçün namizəddirmi?' verilişinin veblinki: www.youtube.com/watch?v=iN4c...
youtube.com
Venesuela diktatoru devrildi və həbs edildi! Azərbaycan böyük siyasi dəyişiklik üçün namizəddirmi?
YouTube video by Azerbaycan Saati
000
Samed Rahimli @samedrahimli.bsky.social · 04/01/2026
Qənimət Zahidlə birlikdə Azərbaycan Saatı'nın efirində Venesuela hadisələrini müzakirə etdik. Venesuelada tarixi şəraitin formalaşması, ABŞ müdaxiləsinin beynəlxalq hüquqa uyğunluğu, Azərbaycan üçün alınacaq dərslərdən bəhs etdik. Həmçinin sevərək tənqid məsələsinə toxunduq.
100
Samed Rahimli @samedrahimli.bsky.social · 03/01/2026
Venesuela'nın seçilmiş prezidenti Edmundo González və dəyərli tələbə, parlaq gənc hüquqşünas Jalə Bayramova ilə birlikdə (12.2024. Strasburq, Fransa. Saxarov mükafatı mərasimindən) (soldakı foto). Lider María Corina Machado adından Saxarov mükafatına dair qeydlər (sağdakı foto).
000
Samed Rahimli @samedrahimli.bsky.social · 03/01/2026
Venesuela demokratik inqilabının uğurla nəticələnməsini və ABŞ-ın Azadlıq İdealına sahib çıxaraq bu inqilaba verdiyi əvəzsiz töhfəni dəstəkləyirik və alqışlayırıq. (fotoların izahı növbəti postda)
110
Samed Rahimli @samedrahimli.bsky.social · 31/12/2025
İşimizin tərkib hissəsi olaraq Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar verdiyim müsahibəmin tam versiyası (18 dekabr 2025) x.com/samedrahimli...
x.com
Samed Rahimli on X: "İşimizin tərkib hissəsi olaraq Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar verdiyim müsahibəmin tam versiyası (18 dekabr 2025) https://t.co/WgaKLylXJD" / X
İşimizin tərkib hissəsi olaraq Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar verdiyim müsahibəmin tam versiyası (18 dekabr 2025) https://t.co/WgaKLylXJD
010
Samed Rahimli @samedrahimli.bsky.social · 31/12/2025
2025-ci il ağır keçdi. 2026-cı ildə hər şey yaxşılığa doğru gedəcək. Ümidli olmağa dəyər. Proses davam edir. İnsan hüquqları böhranının aradan qaldırılması üçün Transatlantik İnstitutlarda kampaniya aparmağa davam edirik. İnandıqda və səy göstərdikdə nəticə əldə edirik.
110
Samed Rahimli @samedrahimli.bsky.social · 30/11/2025
Kampaniya, Əli Kərimli və AXCP'yə qarşı həyata keçirilən repressiv tədbirləri institusional müxalifətin son dayaqlarının məhv edilməsi cəhdi kimi qiymətləndirir.
010
Samed Rahimli @samedrahimli.bsky.social · 30/11/2025
Azərbaycanda Repressiyaya Son Kampaniyası'nın Kriz Masası'nın (Crisis Desk) hazırladığı, Hökumətin Əli Kərimli/AXCP-yə qarşı həyata keçirdiyi 'həftəsonu repressiyası' (qara şənbə repressiyası) haqqında qısa brifinq ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz.
120
Samed Rahimli @samedrahimli.bsky.social · 29/11/2025
Kampaniya Əli Kərimli'yə qarşı cinayət işinin başlanılması ilə bağlı narahatlığını ifadə edir və Avropa Birliyi/Avropa Şurası başda olmaqla beynəlxalq tərəfdaşları Azərbaycanda repressiyaya son qoymaq üçün təcili addımlar atmağa çağırır.
010
Reposted by Samed Rahimli
Azerbaijan Accountability Platform @act-azerbaijan.bsky.social · 29/11/2025
We call upon the authorities to stop any investigation against him. We call upon the European Union @kajakallas.bsky.social @martakos.ec.europa.eu and the Council of Europe @alain-berset.coe.int to step up their response to the repression in Azerbaijan. Their silence is deafening 🇦🇿⚖️🇪🇺
011
Reposted by Samed Rahimli
Azerbaijan Accountability Platform @act-azerbaijan.bsky.social · 29/11/2025
We are extremely concerned about today’s actions lead by the National Security Agency against the leader of the Azerbaijan Popular Front Party, Ali Karimli 🇦🇿
A stylised poster of Ali Karimli in a bold, high-contrast stencil design. His portrait is rendered in deep blue, red, and beige tones against a beige background, with a blue frame. The top right corner shows the text “WWW.ENDREPRESSION-AZ.ORG” in blue. Below the image, large beige text reads “ALI KARIMLI”, and underneath it, smaller blue text reads “END REPRESSION IN AZERBAIJAN”.
231
Samed Rahimli @samedrahimli.bsky.social · 28/11/2025
Cupidae Legum Təşəbbüsünün təsisi və gələcək fəaliyyəti barədə bəyanat:
010
Samed Rahimli @samedrahimli.bsky.social · 28/11/2025
İctimaiyyətin nəzərinə! Bugün (28.11.2025) tərəfimdən Cupidae Legum Təşəbbüsü informal olaraq elan edilmək surəti ilə təsis edilib. Cupidae Legum Azərbaycandakı hüquq böhranına peşəkar reaksiya vermək məqsədi daşıyan ictimai mənafe hüququ üzrə mərkəzdir. (ətraflı aşağıda)
110
Samed Rahimli @samedrahimli.bsky.social · 25/11/2025
İş üzrə Azadlıq qəzetinin nümayəndələri Pádraig Hughes (Media Defence təşkilatının hüquq direktoru) və Rəşid Hacılı (Media Hüququ İnstitutunun rəhbəri) olub. Qərarın mənbəyi (URL): hudoc.echr.coe.int/eng?i=001-24... Bu qəbildən olan işlərin siyahısı: hudoc.exec.coe.int/eng?i=004-1709
000
Samed Rahimli @samedrahimli.bsky.social · 25/11/2025
Bu qərar Azərbaycana qarşı mülki/cinayət diffamasiyası (nüfuza xələlvurma) işləri üzrə Avropa Məhkəməsinin 9-cu qərarıdır. Məhkəmə, Azərbaycan məhkəmələrinin bu işlərdə ağır sanksiyalar təyin etməsi təcrübəsinin media üzərində təhdid effekti yaratdığı qənaətini hasil edib.
100
Samed Rahimli @samedrahimli.bsky.social · 25/11/2025
Azərbaycan məhkəmələri T. Əhmədovu haqlı sayıb qəzetin üstünə 30000 AZN təzminat ödəmək öhdəliyi qoymuşdular. Avropa Məhkəməsi "lazımi jurnalistik araşdırma aparmadan" kimisə konkret cinayətdə ittiham etməyi düzgün saymasa da, təyin edilən təzminatın qeyri-mütənasib tədbir olduğu qənaətinə gəlib.
100
Samed Rahimli @samedrahimli.bsky.social · 25/11/2025
Bu hüquqi iş Azadlı[ğ]'ın, T. Əhmədov haqda 2012-ci ildə dərc etdiyi "T. Əhmədov 5 qəpikləri mənimsədi" məqaləsi ilə bağlıdır. Qəzet, T. Əhmədovun gediş haqlarını mənimsədiyini iddia etmişdi. T. Əhmədov isə qəzetə qarşı onun nüfuzuna xələl gətirilməsi iddiası qaldırıb təzminat tələb etmişdi.
100
Samed Rahimli @samedrahimli.bsky.social · 25/11/2025
Məhkəmə müəyyən edib ki, Azərbaycan hökuməti Azadlıq qəzetinin ifadə azadlığını pozduğuna görə qəzetə: - 25000 avro maddi təzminat; - 3000 avro mənəvi təzminat; - 1500 avro məsrəf ödənişi etməlidir.
100
Samed Rahimli @samedrahimli.bsky.social · 25/11/2025
Avropa İnsan Hüquqları Məhkəməsi Azadlıq qəzeti'nin işi üzrə hüquq pozuntusu qərarı qəbul edib (25.11.2025). Avropa Məhkəməsi, Bakı Metrosunun sabiq rəisi Tağı Əhmədovun nüfuza xələl gətirmə iddiası əsasında qəzetin üzərinə 30000 AZN təzminat öhdəliyi qoyulmasını ifadə azadlığının pozuntusu sayıb.
100
Reposted by Samed Rahimli
Ilkin Huseynli @ilkinmetdan.bsky.social · 09/04/2025
I'm a political philosopher and my postdoc ends this year. I'm looking for academic positions but also open to non-academic ones. I can conduct research in philosophy/politics, review/edit/supervise papers/reports, and teach academic writing. If you know of such opportunities, please share links.
002
Reposted by Samed Rahimli
Ilkin Huseynli @ilkinmetdan.bsky.social · 09/04/2025
İşlədiyim universitetdə il sonunda layihə bitir və yanvardan yeni iş tapmalıyam. Akademik iş axtarıram amma qeyri-akademik işlə də məşğul olmaq istəyərəm. Humanitar sahədə yaza, məqalə / hesabat / tezisləri elmi redaktə edə, akademik yazı keçə bilərəm. Belə iş bilsəniz, zəhmət olmasa, link atın.
032
Samed Rahimli @samedrahimli.bsky.social · 07/04/2025
Tək səbəb budurmu bilmirəm? Yəni insta-tiktok effekti hər şeyi bu qədər dəyişə bilərmi? :D
100
Samed Rahimli @samedrahimli.bsky.social · 07/04/2025
Adını dəqiq qoyaq. Çox pis tupoylaşma gedib. İnsanların əvvəlki müzakirələri ilə indikilərə baxırsan və müqayisədə dəhşətə gəlirsən.
010
Samed Rahimli @samedrahimli.bsky.social · 07/04/2025
Normalda biz intellektual tərəqqi gözləyirdik. 20 il əvvəl gənclik Dawkins, Sam Harris oxuyub dinləri sorğulayırdı. Daha yetkin nəsil yetişməli idi. Qırılma məqamı nə vaxt yaşandı? Bunu dəqiqləşdirmək lazımdır. Tək gənclərin intellekti getməyib. Köhnə nəsil də həmçinin.
320
Samed Rahimli @samedrahimli.bsky.social · 07/04/2025
ABŞ-dakı Çin səfirliyi Reyqanın tariflərə qarşı çıxışını paylaşır. Məncə, Respublikaçılar partiyasının ləğv edilmək vaxtı gəlib çatıb. Bu biabırçılığın altından çıxa bilməzlər (əgər bir qram abırları qalıbsa). :D x.com/ChineseEmbin...
010
Samed Rahimli @samedrahimli.bsky.social · 07/04/2025
Baş verən radikallaşma deyil. Lümpenləşmədir. Yəni kultural temaları hər şeyin üstündə görmək. Bismarkdan bəri istifadə etməyi bacaran üçün möhtəşəm alətdir.
110
Samed Rahimli @samedrahimli.bsky.social · 07/04/2025
Xalqların adətən böyük hissəsi siyasətə qarışmır. Amma aktiv seçicilərin 10-15 faizinin "başı qaçanda" bunun təsiri ümumi seçicidə 25-35 faizə çıxır (rəqəmlər şərtidir). Bu isə kultural müharibə populistlərinə nisbi üstünlük verir (ən azından hazırkı sistemdə).
100
Samed Rahimli @samedrahimli.bsky.social · 07/04/2025
Bəlkə də Trampçı lümpen-sezarizmin yaradacağı ağır fəsad intellektual zümrəyə itmiş inamı bərpa etdirər (ceteris paribus). Problem odur ki, siyasi-iqtisadi yozlaşma bütün verilənləri eyni zəmində saxlamağa hər bir halda imkan vermir. Ümid edək ki, lazımi sayda insan keçilən yoldan dərs çıxarar.
030
Samed Rahimli @samedrahimli.bsky.social · 07/04/2025
Prosesi necə çevirmək olar? Gəldiyimiz qənaət nominalizmə əsaslanır. Sosial təsisatların sağlamlığı intellektual diskursdan asılıdır. Qərbdəki intellektual sinif inandırmağı bacarmalıdır. Hazırda Qərb intellegentsiyası bu qabiliyyətini itirib. Bunun necə bərpa ediləcəyi sual işarəsidir.
110
Samed Rahimli @samedrahimli.bsky.social · 07/04/2025
İnstitut illuziyasını yaşadığımız rifah səviyyəsi doğurmuşdu. Bəlli oldu ki, institutlar ex nihilo imiş. Bu dəfə 1930-ların fərqli formatını yaşayarıqmı bilmirəm. Ümid edirəm ki, yaşamarıq. Amma o dəqiq olan odur ki, Acemoğlunun institutları mövcud deyil.
120
Samed Rahimli @samedrahimli.bsky.social · 07/04/2025
Hər sistem kimi post-1945 və revizə Qərb sistemi də ədalətli deyil: dövləti də, hakim sinfi də öz yerindədir. Amma digərlərindən fərqli olaraq rifahı artırmışdı. Hətta böhranlar da rifahın qabağını ala bilmirdi. Amma bu rifah tripartit interaksiya prosesinin illuziyasını doğurdu - yəni institutları.
110
Samed Rahimli @samedrahimli.bsky.social · 07/04/2025
Yaşadığımız Qərb sistemi 5 əsrlik siyasi ənənənin nəticəsidir - Vestfalçı suverenliklə başlayıb, Aydınlanmaçı Trans-Atlantik siyasi-iqtisadi inqilabla davam edib, əks-inqilabçı Metternich sabitliyini mənimsəyib. Bunları təkmilləşdirərək 1945-də oturuşub. 1980-lərdə reviziya edilib.
110